...

Elmar Məmmədyarov GUAM-ın baş katibini qəbul edib

Siyasət Materials 22 İyul 2011 15:48 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
Elmar Məmmədyarov GUAM-ın baş katibini qəbul edib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib. Bu barədə cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. İqtisadi, humanitar, turizm, nəqliyyat, GUAM-ın beynəlxalq təşkilatlarla münasibətləri və digər sahələrdə əməkdaşlığın perspektivi məsələləri də müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti