...

SAM - da Azərbaycan haqqında olan yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Siyasət Materials 23 İyul 2011 16:21 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərliyi ilə xarici ölkələrin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin nəticələrinə dair görüş keçirilib.
SAM - da Azərbaycan haqqında olan yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Haciev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərliyi ilə xarici ölkələrin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm? " mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin nəticələrinə dair görüş keçirilib.

Görüşdə müsabiqənin qalibi olmuş 8 ölkədən 75 tələbə iştirak edib.

Tədbirdə çıxışı zamanı E.Aslanov müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu haqqında danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan dövləti gənclərin xaricdə təhsil almaları üçün Proqram həyata keçirir.

2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayına kimi Avstriya, Özbəkistan, Malaziya, Qazaxstan, Polşa, Misir və Küveyt tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm? " mövzusunda müsabiqə keçirilib.

Müsabiqənin əsas məqsədi, xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatı artırmaq, gənc elmi işçilərin Azərbaycanı yaxından öyrənməklərini təşviq etmək, habelə Azərbaycanı öyrənən və təbliğ edən yeni gənc tədqiqatçıları hazırlamaqdı.

Xəbər lenti

Xəbər lenti