...

Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib (FOTO)

Siyasət Materials 25 İyul 2011 20:26 (UTC +04:00)
İyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.
Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib (FOTO)

İyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski biznes forumda iştirak ediblər.

Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-dək polşalı iş adamının iştirak etdiyi biznes forumun keçirilməsindən məqsəd Azərbaycan və Polşa iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.

Dövlət başçıları forumun açılışında çıxış ediblər.

Forumdan sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski Dənizkənarı milli parkda gəzintiyə çıxdılar. Polşa Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.

Xəbər lenti

Xəbər lenti