Argentina parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Ağayeva/
Argentina Respublikasının Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupu yaradılıb.
Azərbaycanın Argentinadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Dostluq Qrupunun yaradılmasına dair qətnamə Deputatlar Palatasının sədri Eduardo Alfredo Fellner tərəfindən imzalanıb.
Tərkibi 6 nəfərdən ibarət olan dostluq qrupunun sədri parlamentdə "Peronismo Federal" siyasi blokunun üzvü Roberto Mario Mouillerondur.
Azərbaycan-Argentina Dostluq Qrupu iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı, ümümilikdə iki ölkənin yaxınlaşması istiqamətində fəaliyyət göstərəcək.