...

İspaniya Kral Akademiyası "İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan" adlı kitab buraxıb

Siyasət Materials 26 İyul 2011 18:18 (UTC +04:00)
İyun ayında İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyası (Real Academia de Ciencias y Financieras) tərəfindən "İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan" adlı ispan dilində kitab buraxılıb.
İspaniya Kral Akademiyası "İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan" adlı kitab buraxıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İyun ayında İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyası (Real Academia de Ciencias y Financieras) tərəfindən "İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan" adlı ispan dilində kitab buraxılıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin tədqiqat işi professor Qorxmaz İmanovun rəhbərliyi altında Azərbaycanın bir qrup iqtisadçıları ilə Kral Akademiyasının tədqiqatçılarının sıx əməkdaşlığının nəticəsidir. Qorxmaz İmanov 2011-ci ilin fevral ayında İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyasının qızıl nişanı ilə təltif edilib.

Kitabda statistik məlumatlara geniş yer verilərək, həm milli, həm də beynəlxalq mənbələrə istinad edilib, müasir proqnozlaşdırma və modelləşdirmə metodlarından istifadə edilib.

Həyata keçirilmiş tədqiqat və analiz əsasında Azərbaycan sabit və yüksək inkişaf dinamikası ilə seçilən, böyük inkişaf potensialı olan, beynəlxalq iqtisadi münasibətlərdə nüfuzu daima artan və İspaniya üçün mühüm tərəfdaş kimi qələmə verilir.

Kitab İspaniya hökumətinə ölkənin hazırkı ictimai-iqtisadi vəziyyətdən çıxmaq üçün müvafiq praktiki tədbirlərin işlənib hazırlanaraq yeni bazarlara çıxmasını tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti