...

Cənubi Qafqazda sabitliyin olmasına çalışacağıq - Türkiyənin Baş naziri

Siyasət Materials 27 İyul 2011 12:46 (UTC +04:00)
Türkiyə Cənubi Qafqazda sabitliyin olması üçün çalışacaq. Bunu çərşənbə günü Azərbaycana səfəri öncəsi verdiyi açıqlamada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Cənubi Qafqazda sabitliyin olmasına çalışacağıq - Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Türkiyə Cənubi Qafqazda sabitliyin olması üçün çalışacaq. Bunu çərşənbə günü Azərbaycana səfəri öncəsi verdiyi açıqlamada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

"Cənubi Qafqazda sabitliyin olmasına çalışacağıq. Bütün bunlarla yanaşı, Türkiyə ilə Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək istəyirik", - Ərdoğan bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
Bu gün Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti