...

Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri öldürülüb

Siyasət Materials 29 İyul 2011 09:47 (UTC +04:00)
Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi öldürülüb
Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri öldürülüb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi öldürülüb. Trend-in məlumatına görə, bu barədə xəbəri Liviyanın Milli keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb.

O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılıb. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfində qətlə yetiriliblər.

Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib. Lakin o hadisənin təfərrüatını açıqlamayıb.

Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.

Xəbər lenti

Xəbər lenti