...

Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

Siyasət Materials 30 İyul 2011 16:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Mişelin Kalmi-Reyə Konfederasiyanın yaranması günü münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Mişelin Kalmi-Reyə Konfederasiyanın yaranması günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda qeyd olunur ki, Milli bayramınız - Konfederasiyanın yaranması günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İsveçrə münasibətləri özünün dinamik inkişafı ilə səciyyələnir. Əminəm ki, dost ölkələrimizi və xalqlarımızı birləşdirən çoxşaxəli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da fəal şəkildə davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Xəbər lenti

Xəbər lenti