...

Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü müzakirə edilib

Siyasət Materials 1 Avqust 2011 15:58 (UTC +04:00)
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi müzakirə edilib.
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü müzakirə edilib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi müzakirə edilib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi altında İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət heyət Cenevrə şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, Braziliya və Çin ilə ikitərəfli danışıqlar aparıb.

Eyni zamanda, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılıb və Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz (ICTSD) ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılıb.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri bir qrup BMT üzv dövlətlərinin Cenevrədə akkreditə olunan nümayəndəliklərinin başçıları ilə də ikitərəfli formatda görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti