...

Pakistan Prezidentinin Azərbaycana səfəri payıza nəzərdə tutulub

Siyasət Materials 8 Avqust 2011 15:37 (UTC +04:00)
Pakistan Prezidenti Asif Əli Zərdari Ramazan ayından sonra Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Prezidentin protokol xidmətinə istinadən məlumat verib.
Pakistan Prezidentinin Azərbaycana səfəri payıza nəzərdə tutulub

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir S.Ağayeva/

Pakistan Prezidenti Asif Əli Zərdari Ramazan ayından sonra Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Prezidentin protokol xidmətinə istinadən məlumat verib.

"Hazırda diplomatik kanallarla səfərə hazırlıq gedir, Pakistan rəhbərinin səfəri zamanı imzalancaq sənədlərin layihələri razılaşdırılır. Sənədlər ticari-iqtisadi və humanitar əməkdaşlığı əhatə edir", - səfir bildirib.

Diplomat ümid etdiyini bildirib ki, səfər iqtisadi münasibətlərin səviyyəsinin siyasi münasibətlərin səviyyəsinə uyğun olması üçün iqtisadi münasibətlərin genişlənməsinə təkan verəcək.

Zərdarinin səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumun keçirilməsi də nəzərdə tutulur.

Paksitan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Ölkələr arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

Xəbər lenti

Xəbər lenti