Azərbaycan Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən, polkovnik-leytenant Rzayev Qadir Tələt oğlu "Vətən uğrunda"medalı, general-mayor Şirin-zadə Firuz Böyükağa oğlu, polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu, mayor İsayev Ariz Akif oğlu, tibb xidməti mayoru İsayev Azər Hüseynxan oğlu, kapitan Qasımov Toğrul Telman oğlu, baş leytenant Tağıyev Ələddin Məzəddin oğlu, leytenant Quliyev Rüfət Firudin oğlu (ölümündən sonra), kiçik gizir İsmayılov Samir Əlimusa oğlu və baş çavuş Ağayev Elgün Mahir oğlu "İgidliyə görə" medalı ilə təltif ediliblər.
Dövlət Sərhəd Xidmətinin digər bir qrup əməkdaşı isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər.