...

İran HHQ-si qonşu ölkələrin biri ilə müştərək hərbi manevr keçirəcək

Siyasət Materials 18 Avqust 2011 10:14 (UTC +04:00)
İranın Hərbi Hava Qüvvləri qonşu ölkələrin biri ilə yaxın gələcəkdə müştərək hərbi manevr keçirəcək.
İran HHQ-si qonşu ölkələrin biri ilə müştərək hərbi manevr keçirəcək

Azərbaycan, Bakı, 18 avqust /Trend /

İranın Hərbi Hava Qüvvləri (HHQ) qonşu ölkələrin biri ilə yaxın gələcəkdə müştərək hərbi manevr keçirəcək. Bu sözləri İranın Hərbi Hava Qüvvələri komandanının müavini general Əziz Nəsirzadə deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Nəsirzadə müştərək manevr keçiriləcək qonşu ölkənin adını açıqlamayıb lakin müştərək manevrin sentyabr ayında keçiriləcəyini deyib.

Ötən il İran HHQ komandanı Həsən Şahsəfi Tehranda hərbi ateşelərlə görüşündə İran HHM-nin region ölkələrin biri ilə gələcəkdə müştərək hərbi manevr keçirəcəyini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti