...

Liviyanın Azərbaycandakı səfirliyində yeni bayraq qaldırıldı

Siyasət Materials 24 Avqust 2011 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir A.Tağıyeva/

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. Trend-in məlumatına görə, bu barədə Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə istinadən xəbər verilir.

"Milli Keçid Şurası Liviyanın legitim hakimiyyət orqanıdır, ona görə də biz səfirlik üzərində yeni bayraq qaldırmışıq", - Qəzalə deyib.

Onun sözlərinə görə, Liviyanın bütün dünyadakı diplomatik nümayəndəlikləri bu addımı atacaqlar.

Qəzalə həmçinin qeyd edib ki, səfirlik üzərindən Liviyanın bayrağı Qəddafi rejiminin süqut etməsindən dərhal sonra endirilib.

Avqustun 22-də üsyançılar demək olar ki, bütün Liviya paytaxtına nəzarət etdiklərini bəyan ediblər. Üsyançılar Tripoliyə həm qərbdən, həm də şərqdən hücum ediblər, onların bir hissəsi dənizdən gəlib. "Əl-Cəzirə" və "əl-Ərəbiyyə " telekanallarının məlumatına görə, Tripolidə Qəddafinin prezident qvardiyası silahı yerə qoyaraq təslim olub.

Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlil üsyançıların Qəddafinin olğlu Məhəmmədi həbs etdiklərini bildirib. Bir müddət əvvəl informasiya agentliyi Müəmmər Qəddafinin oğlanlarının üçünün də həbs edildiyini xəbər vermişdi, sonradan bu məlumatın həqiqətəuyğun olmadığı məlum olmuşdu. Müəmmər Qəddafinin özünün harada olduğu hələ də naməlum olaraq qalır.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyanşılar arasında silahlı toqquşmalara çevrilib. Martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib. Əməliyyatların mandatı iyunun 27-də başa çatıb, lakin iyunun 1-də NATO əməliyyatların müddətini 90 gün, yəni sentyabrın sonunadək uzadıb.

Xəbər lenti

Xəbər lenti