...

Türkiyə Fransaya etiraz notası göndərib

Siyasət Materials 29 Avqust 2011 15:43 (UTC +04:00)
Türkiyənin Parisdəki səfirliyi Fransa XİN-ə ölkə paytaxtında terrorçu Kürd Fəhlə Partiyasının (PPK) keçirdiyi etiraz aksiyası ilə əlaqədar etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazır.
Türkiyə Fransaya etiraz notası göndərib

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Türkiyənin Parisdəki səfirliyi Fransa XİN-ə ölkə paytaxtında terrorçu Kürd Fəhlə Partiyasının (PPK) keçirdiyi etiraz aksiyası ilə əlaqədar etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazır.

Ötən həftə bir qrup PKK nümayəndəsi Parisdə hökumət evləri qarşısında Türkiyə HHQ-nin İraqın şimalında kürd terrorçularla mübarizə çərçivəsində apardığı hərbi əməliyyatlara etiraz olaraq aksiya keçiriblər.

Aviazərbələr avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti