...

2011-2012-ci illər Azərbaycan və Serbiya əməkdaşlığında dönüş dövrü olacaq - serb nazir (FOTO)

Siyasət Materials 1 Sentyabr 2011 14:09 (UTC +04:00)
Serbiya Azərbaycanı müstəsna tərəfdaş hesab edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri ilə görüşünün yekunları üzrə mətbuat konfransında Serbiya XİN-in rəhbəri Vuk Yeremiç bildirib.
2011-2012-ci illər Azərbaycan və Serbiya əməkdaşlığında dönüş dövrü olacaq - serb nazir (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Ağayeva/

Serbiya Azərbaycanı müstəsna tərəfdaş hesab edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri ilə görüşünün yekunları üzrə mətbuat konfransında Serbiya XİN-in rəhbəri Vuk Yeremiç bildirib.

"Bir çox çətin məsələlərdə iki ölkənin mövqeyi üst-üstə düşür, hər iki ölkə beynəlxalq hüququn dövlətin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplərinin aliliyini qəbul edir", - Yeremiç bildirib.

Serbiyalı nazir iki ölkə arasındakı münasibətləri əla perspektivlərə malik münasibətlər hesab edir.

Yeremiç qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı Serbiyanın mövqeyi birmənalıdır və ona yenidən baxılmır, Serbiya münaqişənin beynəlxalq norma və prinsiplər əsasında dinc yolla nizamlanmasını dəstəkləyir.

Onun sözlərinə görə, 2011-2012-ci illər iki ölkənin iqtisadi əməkdaşlığı baxımından dönüş illəri olacaq.

"Serbiya hökuməti Azərbaycanda energetika, infrastruktur, bank fəaliyyəti sahəsində ciddi investisiyaların qoyulmasını planlaşdırır", - Yeremiç bildirib.

Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı öz növbəsində Serbiya ilə əlaqələri hərtərəfli inkişaf etdirməyə və serb nazirin gətirdiyi yeni əməkdaşlıq layihələrini müzakirə etməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti