...

Qəddafi NATO və qiyamçılara qarşı müqavimətin davam edəcəyini bildirib

Siyasət Materials 1 Sentyabr 2011 20:57 (UTC +04:00)
Liviya lideri Müəmmər Qəddafi cümə axşamı liviyalıları Ramazan bayramı münasibətilə təbrik edib və bildirib ki, NATO qüvvələrinə və qiyamçılara qarşı müqavimət davam etdiriləcək.
Qəddafi NATO və qiyamçılara qarşı müqavimətin davam edəcəyini bildirib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Liviya lideri Müəmmər Qəddafi cümə axşamı liviyalıları Ramazan bayramı münasibətilə təbrik edib və bildirib ki, NATO qüvvələrinə və qiyamçılara qarşı müqavimət davam etdiriləcək.

Hələ də yeri məlum olmayan Qəddafi "biz təslim olmaq niyyətində deyilik, biz arvad deyilik, biz müqavimətimizi davam etdirəcəyik" deyib. Onun çıxışının səs yazısını Suriya paytaxtı Dəməşqdən yayımlanan "ər-Rəy" telekanalı yayıb.

Qəddafi vurğulayıb ki, Liviya xalqının ancaq bir çıxış yolu var, o da "Liviyanın azadlığı və suverenliyi"dir. O əlavə edib ki, artıq Liviya qəbilələrini silanlandırmağa nail olunub ki, bu da qiyamçılara qarşı müqavimətdə vəziyyəti tarazlaşdırmalıdır. Buna görə də o, Tripoli qəbilələrini "müqaviməti davam etdirməyə və satqın xainlərə qarşı pusqular qurmağa" çağırıb.

Qəddafi çıxışında onu da bildirib ki, NATO qüvvələri ilə qiyamçılar arasında ciddi ziddiyyətlər yaranıb. O bildirib ki, "radiostansiyalar və telekanallar camaatı aldadır".

Xəbər lenti

Xəbər lenti