...

Azərbaycan Liviya Milli Keçid Şurasını tanıdı

Siyasət Materials 2 Sentyabr 2011 18:07 (UTC +04:00)
Azərbaycan Liviya Milli Keçid Şurasını tanıdı.
Azərbaycan Liviya Milli Keçid Şurasını tanıdı

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Liviya Milli Keçid Şurasını tanıdı.

"Azərbaycan Respublikası Liviya xalqının iradəsinə hörmətlə yanaşır və Milli Keçid Şurasını Liviyanın hakimiyyət təmsilçisi kimi tanıdığını bəyan edir", - Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda Liviya Milli Keçid Şurasını 75-dən artıq ölkə tanıyıb.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib. Əməliyyatların mandatı iyunun 27-də başa çatıb, lakin iyunun 1-də NATO əməliyyatların müddətini 90 gün, yəni sentyabrın sonunadək uzadıb.

Hazırda Qəddafi qüvvələri ölkənin bəzi yaşayış məntəqələrinə, o cümlədən Aralıq dənizi sahilində yerləşən Sirt şəhərinə nəzarəti əlində saxlayır. Milli Keçid Şurası bundan əvvəl Qəddafi tərəfdarlarından sentyabrın 10-dək tərksilah olmağı tələb edib, əks halda NATO qüvvələri tərəfindən dəstəklənən qiyamçılar tammiqyaslı döyüş əməliyyatlarına başlayacaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti