Azərbaycanda vətəndaşlar deputatları şəxsi məsələlərlə boğurlar - birinci vitse-spiker

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda vətəndaşlar deputatları şəxsi məsələlərlə boğurlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bazar ertəsi Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kurslar zamanı bildirib.
Onun sözlərinə görə, artıq seçicilərə izah olunmalıdır ki, deputatın əsas fəaliyyəti qanunvericilik işi ilə bağlıdır. Əsgərovun sözlərinə görə, bu problemin yaranmaması üçün Azərbaycanda azad mandat sistemi tətbiq olunur.
"Millət vəkili seçildiyi bölgəni narahat edən məsələləri qaldırmalıdır, əhalinin əsas problemlərini müzakirə mövzusu etməlidir. Lakin deputatlar evi su basması, dam örtüyünün uçması kimi şəxsi məsələlərlə boğulmamalıdır", - Əsgərov bildirib.