...

Milli Məclisin payız sessiyası oktyabrın 3-də öz işinə başlayacaq

Siyasət Materials 6 Sentyabr 2011 16:21 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin payız sessiyası oktyabrın 3-də öz işinə başlayacaq.
Milli Məclisin payız sessiyası oktyabrın 3-də öz işinə başlayacaq

Azərbaycan, Bakı, 6 sentyab /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin payız sessiyası oktyabrın 3-də öz işinə başlayacaq.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu çərşənbə axşamı Trend-ə bildirib ki, Milli Məclisin payız sessiyası oktyabrın 1-də öz işinə başlamalıdır.

"Lakin parlamentin daxili nizamnaməsinə görə, ayın 1-i və 2-si qeyri-iş günlərinə düşürsə, sessiya öz işinə növbəti gün başlayır", - Təvəkküloğlu deyib.

Təvəkküloğlu parlament komitələrinin iclaslarının sentyabrın 10-dan sonra öz işinə başlayacağını bildirib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasının ilk iclasında istər sentyabr ayında komitələrdə müzakirə olunacaq qanun layihələri, istərsə ötən sessiyadan qalmış qanun layihələri 2-ci və ya 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti