...

İstiqlalçı deputatlar təşkilat yaradırlar

Siyasət Materials 13 Sentyabr 2011 16:03 (UTC +04:00)
Azərbaycan müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktına imza atmış deputatlar təşkilat yaradırlar.
İstiqlalçı deputatlar təşkilat yaradırlar

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktına imza atmış deputatlar təşkilat yaradırlar. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu barədə qərar istiqlalçı deputatların çərşənbə axşamı baş tutan toplantısında qəbul olunub.

Toplantı zamanı istiqlalçı deputatların daimi qurumunun yaradılması təklifi irəli sürülüb və təklif yekdilliklə qəbul olunub.

Toplantıda Azərbaycan müstəqilliyinin bərpa olunması dövründə Ali Sovetin deputatı olmuş Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, Hacıbaba Əzimov, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, İsgəndər Həmidov, Firudin Cəlilov, İbrahim İbrahimli, Rəhim Qazıyev və Tahir Kərimli iştirak ediblər.

1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi bərpa olunub.

Xəbər lenti

Xəbər lenti