...

Azərbaycanda rayon əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 14 Sentyabr 2011 11:52 (UTC +04:00)
Milli Məclisdə rayon əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır.
Azərbaycanda rayon əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə rayon əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Layihənin müəllifi, Sosial siyasət komitəsinin üzvü, millət vəkili Yaqub Mahmudov Trend-ə bildirib ki, yeni qanunun məqsədi gənclərin rayonlardan digər yerlərə axınının qarşısını almaqdır.

"Həmin gənclərə yaşadığı rayonda şərait yaradılmalıdır - torpaq verilməli, kredit ayrılmalı, mənzil şəraiti yaxşılaşdırılmalı və sair sosial problemləri həll olunmalıdır", - Mahmudov bildirib.

Deputat bu məsələlərin qanun layihəsində yer tapacağını deyib.

Mahmudov qanun layihəsi üzərində iş aparıldığını və onun bir ilə hazır olacağını qeyd edib.

Gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq, müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında da əsas vəzifələrdən biri kimi göstərilib.

Xəbər lenti

Xəbər lenti