...

Fransa Prezidentinin Azərbaycana səfərinin tarixi müəyyənləşib - səfir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 17 Sentyabr 2011 12:42 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozi oktyabrın 6-7-də Cənubi Qafqaz regionuna səfər edəcək. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
Fransa Prezidentinin Azərbaycana səfərinin tarixi müəyyənləşib - səfir (ƏLAVƏ OLUNUB-2)

Üçüncü abzasdan sonra bək-qraund əlavə olunub (birinci xəbər 12:07-də yayılıb)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir S.Ağayeva/

Fransa Prezidenti Nikola Sarkozi oktyabrın 6-7-də Cənubi Qafqaz regionuna səfər edəcək. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məlumatı təsdiqləyib və qeyd edib ki, Nikola Sarkozi Azərbaycana oktyabrın 7-də səfər edəcək. Səfir onu da bildirib ki, Sarkozi Azərbaycana səfər edən ilk Fransa prezidenti olacaq.

Sarkozi regional səfəri çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq.

Səfər zamanı Fransa Prezidenti əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Səfər ərəfəsində Azərbaycanla Fransa arasında əməkdaşlıq məsələləri sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə olunacaq. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirmişdi.

Səfir qeyd etmişdi ki, iclasda Azərbaycanın nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov, Fransa nümayəndə heyətinə isə xarici ticarət üzrə dövlət katibi Pyer Leluş rəhbərlik edəcək.

Azərbaycan Dövlət Statiastika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-iyulunda Azərbaycanla Fransa arasında mal dövriyyəsi 2,69 milyard dollar təşkil edib.

Bu gün iki ölkə arasında müqavilə-hüquq bazasını 30 artıq sənəd təşkil edir ki, bu da əməkdaşlıq üçün zəruri baza yaradır.

Ötən həftə Azərbaycanda Xəzər dənizinin "Abşeron" blokunda yeni iri qaz yatağının kəşf olunduğu bildirilib.

Abşeron layihəsinin iştirakçıları: ARDNŞ - 40% Fransanın Total şirkəti - 40% və Gaz De France Suez - 20%.

İlkin hesablamalara görə, yataqdakı ehtiyatların həcmi 350 milyard kubmetr qaz və 45 milyon ton kondensatdır.

Xəbər lenti

Xəbər lenti