...

Sverdlovsk vilayəti Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlıq etmək niyyətindədir - nazir

Siyasət Materials 19 Sentyabr 2011 20:00 (UTC +04:00)
Sverdlovsk vilayəti və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial var.
Sverdlovsk vilayəti Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlıq etmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Sverdlovsk vilayəti və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial var. Trend-in məlumatına görə, bunu bazar ertəsi Rusiya Federasiyası Sverdlovsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Badayev Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə çox iş görülüb, xüsusən, turizm sahəsində müxtəlif layihələr var, iki dövlət kanalında "Azərbaycana aparan yol" adlı həftəlik proqramlar nümayiş etdirilir.

"Amma turizm və mədəniyyət sahəsinin inkişaf etdirilməsin üçün də çox iş var", - Badayev bildirib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüşdə kitabxanalar və muzeylər arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

"Son illər Azərbaycanda turizm sürətlə inkişaf edir və Sverdlovsk vilayəti bu sahədə Azərbaycan ilə əməkdaşlığı genişləndirə bilər", - Qarayev deyib.

Bazar ertəsi Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında Yekaterinburq Akademik Opera və Balet Teatrının quruluşunda Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" baleti nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti