...

Ramil Usubov Pakistana rəsmi səfərə dəvət olunub

Siyasət Materials 20 Sentyabr 2011 13:19 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Pakistana rəsmi səfərə dəvət olunub.
Ramil Usubov Pakistana rəsmi səfərə dəvət olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Pakistana rəsmi səfərə dəvət olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Daşqın Şikarov Pakistanın daxili işlər naziri Rəhman Maliklə görüşüb.

Görüşdə ikitərəfli munasibətlər, daxili işlər orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Pakistanlı nazir ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəklədiyini bir daha bəyan edib.

O, Pakistanın Kəraçi şəhərində yaranmış kriminogen vəziyyət və terrorla mübarizə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüş zamanı Pakistanın daxili işlər naziri azərbaycanlı həmkarı Ramil Usubovu öz ölkəsinə rəsmi səfərə dəvət edib.

Malik eyni zamanda, Azərbaycan daxili işlər orqanları əməkdaşlarını Pakistanın Polis Akademiyasında təhsil almağa dəvət edib.

O, iki nazirlik arasında daha sıx əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.

Azərbaycanın Pakistandakı səfiri Şikarov iki ölkə arasındakı münasibətlərdən danışıb.

Səfir Azərbaycanda kriminogen durumun sabit olması, cinayətkarlıqla uğurlu mübarizə aparıldığını bildirib.

Şikarov iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsini vacib sayıb, Pakistanın daxili işlər orqanlarını Azərbaycan təcrübəsindən yararlanmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti