...

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib

Siyasət Materials 23 Sentyabr 2011 11:05 (UTC +04:00)
Bakıda cümə günü Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb.
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Əliyev/

Bakıda cümə günü Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı konfransda çıxış edib.

Trend-in məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, "Nobel" mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər.

Konfrasda Azərbaycanın müstəqillik illərinə aid sənədli film nümayiş etdirilib.

Tədbir sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti