...

ABŞ-ın pilotsuz təyyarələri Türkiyədə yerləşdiriləcək

Siyasət Materials 24 Sentyabr 2011 12:09 (UTC +04:00)
İraqdakı müharibə zamanı istifadə olunan ABŞ-ın "Predeytor" pilotsuz uçan aparatları (PUA) Birləşmiş Ştatların Türkiyədəki İncirlik hərbi bazasında yerləşdirəcək.
ABŞ-ın pilotsuz təyyarələri Türkiyədə yerləşdiriləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Tağıyeva/

İraqdakı müharibə zamanı istifadə olunan ABŞ-ın "Predeytor" pilotsuz uçan aparatları (PUA) Birləşmiş Ştatların Türkiyədəki İncirlik hərbi bazasında yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə "CNN Turk" xəbər verib.

Bununla bağlı razılaşma Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Barak Obama arasında uzun sürən danışıqlardan sonra əldə olunub.

Beləliklə, Türkiyə ABŞ-ın pilotsuz uçan aparatlarından İraqın şimalındakı kürd yaraqlılarla mübarizə üçün istifadə edə biləcək.

Türkiyə tərəfi ABŞ-dan bir neçə pilotsuz uçan aparatların alınması barədə istəyini ifadə edib. Obama cavab verib ki, bu sorğuya Konqresdə baxılacaq.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra Şimali İraqda Kürd İşçi Partiyasının (PKK) terrorçularının mövqelərinə aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti