...

Yunanıstan Türkiyəni regionda gərginliyi artırmaqdan çəkinməyə çağırıb

Siyasət Materials 26 Sentyabr 2011 18:35 (UTC +04:00)
Georgios Papandreu türk həmkarı Abdullah Gül ilə telefon danışığı apararaq, Türkiyə tərəfini regionda gərginliyə səbəb ola biləcək Aralıq dənizində karbohidrogen kəşfiyyatı məsələsində birtərəfli davranışlardan çəkinməyə çağırıb.
Yunanıstan Türkiyəni regionda gərginliyi artırmaqdan çəkinməyə çağırıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yunanıstanın Baş naziri Georgios Papandreu türk həmkarı Abdullah Gül ilə telefon danışığı apararaq, Türkiyə tərəfini regionda gərginliyə səbəb ola biləcək Aralıq dənizində karbohidrogen kəşfiyyatı məsələsində birtərəfli davranışlardan çəkinməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə "Royters" agentliyi Yunanıstan hökumətinin nümayəndəsi İlias Mosialosa istinadən yazır.

Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Ötən çərşənbə günü Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Mosialos həmçinin bildirib ki, telefon danışığı nəticəsində tərəflər oktyabrın sonu - noyabrın əvvəlində Ankarada Əməkdaşlıq Şurasının keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti