...

Elmar Məmmədyarov İraq və Suriyanın xarici işlər nazirləri, Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

Siyasət Materials 27 Sentyabr 2011 20:55 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın və Suriyanın xarici işlər nazirləri Xoşyar Zebari və Valid əl-Muallim ilə ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov İraq və Suriyanın xarici işlər nazirləri, Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir B.Hacıyev/

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın və Suriyanın xarici işlər nazirləri Xoşyar Zebari və Valid əl-Muallim ilə ikitərəfli görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, göruşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri, xüsusilə də iqtisadi və enerji sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, regional və beynəlxalq münasibətlərin gündəliyindəki aktual məsələlər müzakirə edilib.

Tərəflər ölkələr arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi vacibliyini qeyd ediblər.

Görüşlərdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli, İsrail-Fələstin münaqişəsi, Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Məmmədyarov eyni zamanda Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüş keçirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İsrail Fələstin münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti