...

İran Milli Bankının sabiq direktoru Kanadaya qaçıb

Siyasət Materials 28 Sentyabr 2011 16:32 (UTC +04:00)
İranın Saderat Bankının sabiq icraçı direktoru Məhəmməd Cəhromi Bank Milli İranın sabiq direktoru Mahmudrza Xavərinin istefa verərək Kanadaya qaçdığını bildirib.
İran Milli Bankının sabiq direktoru Kanadaya qaçıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın Saderat Bankının sabiq icraçı direktoru Məhəmməd Cəhromi Bank Milli İranın sabiq direktoru Mahmudrza Xavərinin istefa verərək Kanadaya qaçdığını bildirib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Cəhromi öz bəyanatında bildirib ki, Xavəri bank sistemində baş vermiş son maliyyə qalmaqalında əli olan ölkənin yüksəkvəzifəli şəxsləri və hadisə ilə əlaqəsi olan digər fiziki şəxslərin dəstəyi ilə ölkədən qaçıb. O, Xavərinin Kanadada yaşamaq hüququ olduğunu və ailəsinin orada yaşadığını deyib.

Lakin İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni Bank Milli İranın sabiq direktoru Xavərinin ölkədən qaçması haqqında məlumatsız olduğunu deyib.

Xavəri sentyabrın 27-də İranın bank sistemində baş vermiş maliyyə qalmaqalı ilə bağlı öz istefa ərizəsini ölkənin iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyniyə təqdim etmişdi. Xavəri istefa ərizəsində ölkədə baş verən son maliyyə qalmaqalında Bank Milli İranın şöbələrindən birinin də əli olmasına görə ali lider Əli Xamneyi və ölkə vətəndaşlarından üzr istəmişdi.

Hüseyni onun istefasını qəbul etmiş, həmçinin Bankın idarə heyətinin üzvü Fərzad Əhmədini tutduğu vəzifədən azad etmişdi.

Ötən həftə İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 22 nəfər həbs olunub. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Milli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Milli İranın direktoru Xavəri istefa verib, Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar.

Bu gün İran Mərkəzi Bankının rəhbəri və iqtisadiyyat və maliyyə naziri hökumətə hesabat verməlidir. Hadisə ilə bağlı ölkənin digər bir neçə bank rəhbərinin işdən uzaqlaşdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti