...

Qərbin bütün çətinliklərinin səbəbi İsraildir - İranın ali lideri

Siyasət Materials 1 Oktyabr 2011 13:51 (UTC +04:00)
İsrail Qərbin bütün çətinliklərinin səbəbidir. İranın ali dini lideri ayətullah Əli Xamneyi şənbə günü Fələstin intifazəsi (müqavimət) V beynəlxalq konfransının açılışında deyib.
Qərbin bütün çətinliklərinin səbəbi İsraildir - İranın ali lideri

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İsrail Qərbin bütün çətinliklərinin səbəbidir. İranın ali dini lideri ayətullah Əli Xamneyi şənbə günü Fələstin intifazəsi (müqavimət) V beynəlxalq konfransının açılışında deyib.

Xamneyi ABŞ rəhbərliyini İsrail rejimini dəstəklədiyinə görə tənqid edib. Bu barədə Trend Press TV-yə istinadən xəbər verir.
Xamneyi Fələstin dövlətinin yaradılmasına dair referendumun keçirilməsində israr edib. O, həmçinin ABŞ-ı Fələstinin müstəqil dövlət kimi hüquqlarını tanımağa çağırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü BMT Baş Assambleyasında çıxışında deyib ki, nə qədər ki gec deyil beynəlxalq birlik İranı dayandırmalıdır.

"Əgər İran dayandırılmasa, biz hamımız nüvə terrorizmi ilə üzləşəcəyik. "Ərəb baharı" tezliklə "İran qışı" ola bilər və bu, faciə olacaq", - Netanyahu bildirib.

Fələstin intifazəsini dəstəkləyən ikigünlük V beynəlxalq konfrans şənbə günü Tehranda "Fələstin fələstinlilərin vətənidir" devizi altında başlayıb.

Beş ölkənin parlamentlərinin spikeri, eləcə də digər 12 ölkədən nümayəndə heyəti tədbirdə iştirak etmək üçün cümə günü Teharana gəliblər.

Xəbər lenti

Xəbər lenti