...

MSK-nın nəzdində vətəndaşların seçki hüququnun pozuntusu ilə bağlı ekspert qrupu yaradılıb

Siyasət Materials 1 Oktyabr 2011 14:20 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının nəzdində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
MSK-nın nəzdində vətəndaşların seçki hüququnun pozuntusu ilə bağlı ekspert qrupu yaradılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının nəzdində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.

Trend-in məlumatına görə, bu barədə MSK-nın şənbə günü keçirilən iclasında qərar qəbul edilib.

MSK üzvü Arifə Muxtarova iclasda bildirib ki, ekspert qrupu seçki komissiyalarına daxil olmuş şikayətlərin obyektiv araşdırılması məqsədi ilə yaradılıb.

O bildirib ki, qrup 9 nəfərdən ibarət olacaq, həmçinin dairələrdə ekspertlər fəaliyyət göstərəcək.

MSK sədri Məzahir Pənahov bildirib ki, ekspert qrupunun işinin koordinasiyasını Arifə Muxtarova həyata keçirəcək.

Azərbaycanda bəzi bələdiyyələrə təkrar seçkilər noyabrın 30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti