...

Ziyafət Əsgərov: Azərbaycan MDB ölkələrindən seçki sahəsində qabaqcıl təcrübəni öyrənməyə hazırdır

Siyasət Materials 3 Oktyabr 2011 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan MDB ölkələrindən seçki sahəsində qabaqcıl təcrübəni öyrənməyə, maraqlı və ağlabatan tövsiyələri qəbul etməyə hazırdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bazar ertəsi Parlamentdə təşkil olunan MDB-yə üzv ölkələrin dövlət hakimiyyəti orqanlarına seçkilərdə beynəlxalq müşahidəçilər və məsləhətçilər üçün "Demokratiya və vətəndaşların seçki hüquqları" seminarında çıxışı zamanı bildirib.

Əsgərov deyib ki, Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb.

Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra əsas məqsədlərdən biri demokratik seçki ənənələrinin formalaşdırılması idi.

"1993-cü ildən bu yana Azərbaycanın demokratik seçki ənənəsi formalaşmağa başladı. Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkiləri və 4 referendum keçirilib", - Əsgərov deyib.

Birinci vitse-spiker qeyd edib ki, ötən illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəyib.

MDB PA-nın baş katibi Mixail Krotov bildirib ki, Azərbaycandakı seçki praktikası MDB-nin digər ölkələri üçün nümunə ola bilər və bu praktikadan istifadə edilməlidir.

"Son illərdə Azərbaycanda keçirilən seçkilərdə tətbiq edilən yeniliklər bunun bariz nümunəsidir və biz bu yeniliklərdən özümüz üçün istifadə etməliyik", - o deyib.

Krotov həmçinin seçkilərdə beynəlxalq müşahidəçilərin sayının artırılmasının əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti