...

Ermənistan hakimiyyəti 2 mart hadisələri ilə bağlı effektiv təhqiqat aparmalıdır - AŞPA sədri

Siyasət Materials 3 Oktyabr 2011 15:15 (UTC +04:00)
Ermənistan hakimiyyəti 2 mart hadisələri ilə bağlı effektiv təhqiqat aparmalıdır.
Ermənistan hakimiyyəti 2 mart hadisələri ilə bağlı effektiv təhqiqat aparmalıdır - AŞPA sədri

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Ermənistan hakimiyyəti 2 mart hadisələri ilə bağlı effektiv təhqiqat aparmalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında qurumun sədri Mövlut Çavuşoğlu Ermənistanda baş verən 2 mart hadisləri ilə bağlı sualı cavablandırarkən deyib.

"Qaldırılan məsələ ilə bağlı AŞPA-nın Monitorinq Komitəsi və Ermənistan üzrə həmməruzəçilər məşğul olur. Biz onların işinə müdaxilə edə bilmərik. Ermənistanda demokratik təsisatların fəaliyyətinə dair AŞPA-da cümə günü müzakirələr aparılacaq. Müzakirələrin nəticəsini gözləyək. Ermənistan Prezidenti Serj Sarkisyanın AŞ-yə səfəri zamanı onunla bu barədə söhbət etdim. Mən yenə də Ermənistan hakimiyyət dairələrinə 2 mart hadisələri ilə bağlı effektiv təhqiqat aparılmalı olduğunun önəmini xatırladıram", - Çavuşoğlu bildirib.

Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət genişmiqyaslı etiraz aksiyaları keçirib. Martın 1-dən 2-nə keçən gecə milis və ordu hissələri dinc insanlara qarşı xüsusi vasitələrdən, texnikadan və odlu silahdan istifadə edərək aksiyanı dağıdıb. Hadisələr zamanı ümumilikdə odlu silahdan açılan atəş nəticəsində 10 nəfər həlak olub, 131 insan yaralanıb. Rəsmi İrəvan öncə aksiya iştirakçılarına atəş açılmadığını desə də, sonradan foto və videodəlillər qarşısında bunun baş verdiyini etiraf etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti