...

Əli Hüseynli: Azərbaycanın hüquq sistemi Avropa standartlarına tam uyğunlaşdırılıb

Siyasət Materials 3 Oktyabr 2011 16:19 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən MDB Parlament Assambleyasının (MDB PA) Hüquq məsələləri üzrə Daimi Komissiyasının iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli: Azərbaycanın hüquq sistemi Avropa standartlarına tam uyğunlaşdırılıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hüquq sistemi Avropa standartlarına tam uyğunlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən MDB Parlament Assambleyasının (MDB PA) Hüquq məsələləri üzrə Daimi Komissiyasının iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

"Azərbaycan uğurlu hüquq islahatları nəticəsində Avropa qurumlarında öz layiqli yerini tutub", - Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan parlamenti MDB PA ilə də hüquq islahatları ilə bağlı sıx əməkdaşlıq edir.

Milli Məclisdə keçiriləcək iclas 2 gün davam edəcək. İclasda "Mülkiyyət hüququ və onun müdafiəsi haqqında" və "Ticarət sirri haqqında" model qanunların layihələrinə baxılacaq.

Komissiya üzvləri həmçinin "Məhkəmədən əvvəl mübahisələrin həllində vasitəçilik haqqında" model qanunun layihəsini və MDB iştirakçı dövlətləri üçün hüquqi terminoloji məlumat kitabçasının hazırlığına dair məsələləri müzakirə edəcəklər.

Bundan başqa, iclasda MDB PA tərəfindən qəbul edilmiş model qanunvericilik aktlarından istifadə haqqında informasiya veriləcək.

Xəbər lenti

Xəbər lenti