...

Ermənistan beynəlxalq təşkilatlarda isteriya diplomatiyası yürütməyə başlayıb - millət vəkili

Siyasət Materials 5 Oktyabr 2011 18:51 (UTC +04:00)
Ermənistan nümayəndələri beynəlxalq təşkilatlarda artıq isteriya diplomatiyası yürütməyə başlayıblar.
Ermənistan beynəlxalq təşkilatlarda isteriya diplomatiyası yürütməyə başlayıb - millət vəkili

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan nümayəndələri beynəlxalq təşkilatlarda artıq isteriya diplomatiyası yürütməyə başlayıblar. Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Ermənistanın həm Avronest PA-da, həm AŞPA-dakı nümayəndə heyətinin üzvləri dəlilləri olmadığına görə iştirak etdiyi iclaslarda səs-küy salmaqla diqqəti özlərinə yönəltməyə çalışırlar.

"Ermənistanın həm Avronest PA-da, həm AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zaqrobyan Avronest PA-nın ötən ay keçirilən iclasında səs-küy qaldırdı və qurumun rəhbərliyindən xəbərdarlıq aldı. Bu günlərdə isə səs-küylə AŞPA nizamnaməsi ilə hərəkət edən qurumun prezidenti Mövlud Çavuşoğlunun istefasını tələb edir", - Muradov deyib.

Millət vəkili qeyd edib ki, artıq son zamanlar ermənilərin bütün beynəlxalq təşkilatlarda eyni strategiyası var və bu strategiya məsələni hay-küy, qışqırıqla həll etməkdən keçir.

"Bu da onların mövqeyinin zəifləməsindən irəli gəlir. Əgər insan iştirak etdiyi təşkilatların rəhbərlərini heç bir əsası olmadan ittiham edirsə, bu, zəifliyin bir nümunəsidir. Onlar iştirak etdikləri tədbirlərdə heç bir sənədin qəbul olunmamasına çalışırlar", - Muradov deyib.

Xəbər lenti

Xəbər lenti