...

Almaniya parlamentinin üzvü: Qondarma "erməni soyqırımı"nın Bundestaqda müzakirəsi ehtimalı azdır

Siyasət Materials 7 Oktyabr 2011 16:01 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nın Almaniya Bundestaqında müzakirəyə çıxarılması ehtimalı azdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakıda səfərdə olan Almaniya parlamentinin üzvü Ştefen Lemme bildirib
Almaniya parlamentinin üzvü: Qondarma "erməni soyqırımı"nın Bundestaqda müzakirəsi ehtimalı azdır

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Qondarma "erməni soyqırımı"nın Almaniya Bundestaqında müzakirəyə çıxarılması ehtimalı azdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakıda səfərdə olan Almaniya parlamentinin üzvü Ştefen Lemme bildirib.

Onun sözlərinə görə, bu kimi problemləri olan ölkələr problemlərini daha mütərəqqi yollarla həll etməlidirlər.

Lemme bildirib ki, çətin ki, qondarma "erməni soyqırımı" hansısa Avropa ölkəsində nə indi, nə də gələcəkdə tanınsın.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti