...

ABŞ-ın hərbi təlimatçıları İraqda qalacaqlar - Prezident

Siyasət Materials 11 Oktyabr 2011 14:57 (UTC +04:00)
Bağdad və Vaşinqton ABŞ qoşunlarının çıxarılmasından sonra İraqda beş min amerikalı hərbi təlimatçının qalması barədə razılığa gəliblər.
ABŞ-ın hərbi təlimatçıları İraqda qalacaqlar - Prezident

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bağdad və Vaşinqton ABŞ qoşunlarının çıxarılmasından sonra İraqda beş min amerikalı hərbi təlimatçının qalması barədə razılığa gəliblər. Təlimatçılar İraq təhlükəsizlik qüvvələrinə təlim keçəcəklər. Bu barədə İraq Prezidenti Cəlal Təlabani bildirib. Trend-in məlumatına görə, xəbəri yerli KİV yayıb.

Əvvəllər İraq hökuməti bildirmişdi ki, ABŞ-ın "Lockheed Martin" şirkəti ilə çoxməqsədli F-16 qırıcılarının əldə olunması barədə müqavilə imzalanıb.

Bağdad və Vaşinqton arasında 2008-ci il noyabrın axırlarında imzalanmış təhlükəsizlik barədə razılaşmaya əsasən, ABŞ öz qoşunlarını bu ilin 31 dekabrından gec olmayaraq bütün İraq ərazisindən çıxarmalıdır.

Hazırda İraqda, eləcə də Bağdadda ABŞ ordusunun qeyri-döyüş məqsədli qüvvələri qalıb. Onların tapşırıqları İraq təhlükəsizlik qüvvələrinin tədrisi və onlara ekspert yardımı göstərməkdir. ABŞ kontingentinin qalan hissəsi iri şəhərlərdən kənardakı bir neçə bazada cəmlənib.

Xəbər lenti

Xəbər lenti