...

Moskvada "Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar" kitabının təqdimatı keçirilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Oktyabr 2011 15:04 (UTC +04:00)
17 oktyabr 2011-ci il tarixində Moskvada Rusiya Dövlət Humanitar Universitetində azərbaycanlı alimlərin "Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar" kitabının təqdimat mərasimi keçirilir.
Moskvada "Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar" kitabının təqdimatı keçirilir (ƏLAVƏ OLUNUB)

Çıxışların təfərrüatları əlavə olunub (ilk xəbər saat 10:52-də yayılıb)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

17 oktyabr 2011-ci il tarixində Moskvada Rusiya Dövlət Humanitar Universitetində azərbaycanlı alimlərin "Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar" kitabının təqdimat mərasimi keçirilir. Tədbirin aparıcıları "Vestnik Kafkaza" informasiya agentliyinin baş redaktoru, Trend -in Ekspert Şurasının üzvü Aleksey Vlasov və tarix elmləri doktoru, professor Eldar İsmayılovdur.

Təqdimatda Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr qeyd dedib ki, ekspertlərin münaqişənin nizamlanmasının iqtisadi parametrlərinə müraciət etmələri yaxşı əlamətdir.

"Biz təkcə münaqişənin siyasi nizamlanması perspektivlərini qiymətləndirməklə deyil, bu mürəkkəb prosesin bütün tərəflərinə baxmaqla da bu "kubik Rubik"i yığmaq imkanı əldə edirik", - amerikalı ekspert deyib.

Təqdimatda və müzakirələrdə RDHU-nin rektoru Yefim Pivovar, millət vəkili Rasim Musabəyov, Prezident Administrasiyasının Siyasi analiz və proqnozlaşdırma sektorunun müdiri Fərhad Məmmədov, ekspert-konfliktoloq, Qafqaz Universitetinin prorektoru Rövşən İbrahimov, eləcə də kitabın ingilis dilində variantının redaktoru, tanınmış amerikalı tədqiqatçı, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru Frederik Starr iştirak edirlər.

Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.

Kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti