...

Ukrayna Daxili Qoşunlarının komandanının Azərbaycana səfəri başlayır

Siyasət Materials 19 Oktyabr 2011 14:13 (UTC +04:00)
Bu gün Ukrayna Daxili Qoşunlarının komandanının Azərbaycana səfəri başlayır.
Ukrayna Daxili Qoşunlarının komandanının Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Ukrayna Daxili Qoşunlarının komandanının Azərbaycana səfəri başlayır.

Azərbaycan DİN-in Daxili Qoşunlarının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ukraynanın Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoy bu gün Azərbaycana gəlir.

Tanışlıq məqsədi daşıyan səfər oktyabrın 22-dək davam edəcək.

Səfər çərçivəsində Azərbaycan və Ukraynanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə oluncaq, qonaq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Daxili Qoşunların hərbi hissələri ilə tanış olacaq.

Yarovoyun bir sıra rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti