...

Hökumət istefa verməlidir - Türkiyə müxalifəti

Siyasət Materials 19 Oktyabr 2011 18:35 (UTC +04:00)
Türkiyə hərbi qulluqçularına qarşı törədilmiş və 24 nəfərin ölümü ilə nəticələn terror aktlarından sonra Türkiyə hökuməti istefaya getməlidir.
Hökumət istefa verməlidir - Türkiyə müxalifəti

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hərbi qulluqçularına qarşı törədilmiş və 24 nəfərin ölümü ilə nəticələn terror aktlarından sonra Türkiyə hökuməti istefaya getməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib. Məlumatı "Milliyyət" qəzeti yazır.

"Baş nazir günahı hər hansı təşkilatların üzərinə atmamalıdır. Baş verənlərə görə əsas məsuliyyəti hökumət daşıyır", - Kılıçdaroğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti terrorla lazımi şəkildə mübarizə aparmaq iqtidarında deyil.

Oktyabrın 19-da terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbçilərə hücum ediblər. Nəticədə 26 nəfər həlak olub, 18 hərbçi yaralanıb. Türkiyə Silahlı Qüvvələri PKK yaraqlılarının hərbçilərə qarşı bugünkü hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər verib.

Məlum olub ki, yaraqlılar hücumdan sonra İraq ərazisində gizləniblər.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçıların mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Xəbər lenti

Xəbər lenti