...

Kiyevdə Azərbaycan və Ukraynanın müstəqilliklərinin bərpasının 20-ci ildönümü mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2011 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın dövlət müstəqillliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş tədbirlər proqramı çərçivəsində oktyabr 19-da T.Şevçenko adına Kiyev Milli Universiteti (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) elmi şurasının iclas zalında "Azərbaycan Respublikasının və Ukraynanın müstəqilliyinin bərpasının 20-ci ildönümü: diplomatik münasibətlərin yaradılmasından strateji tərəfdaşlığadək" mövzusunda "dəyirmi masa" - konfrans keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar və səfirliyin əməkdaşları Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Azərbaycanın Ukraynadakı səfirliyi və BMİ tərəfindən birgə təşkil edilmiş tədbirdə hər iki ölkədən olan tanımış alimlər, ictimai-siyasi xadimlər, xarici ölkələrin səfirləri və diplomatlar - Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudlu, T.Şevçenko adına KMU BMİ-nin direktoru, professor Valeri Kopeyka, Ukraynanın xalq deputatları Qriqori Koletnik və Aleksandr Feldman, İraq, Fələstin, Tacikistan və Qırğızıstanın Kiyevdəki səfirləri, Macarıstan, Türkiyə, Bolqarıstan, Çin, Moldova, Türkmənistan, Özbəkistan və digər ölkələrin səfirliklərinin təmsilçiləri, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Ukrayna Prezidenti Yanında Strateji Araşdırmalar İnstitunun direktor müavini Aleksandr Litvinenko, Ukrayna Milli Aviasiya Akademiyasının Beynəlxalq Əlaqələr İnstitunun direktoru Alla Fomenko, Ukraynanın fövqəladə və səlahiyyətli səfirləri, Diplomatiya Akademiyasının Fəxri doktorları Gennadi Udavenko və Yuri Koçubey, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov və başqaları, həmçinin BMİ-nin tələbə və aspirantları iştirak ediblər.

Tədbir çərçivəsində professor Yaqub Mahmudlunun Ukrayna və ingilis dillərində nəşr olunmuş "Azərbaycan: tarixi oçerklər" kitabının təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti