...

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb

Siyasət Materials 24 Oktyabr 2011 19:57 (UTC +04:00)
Bu günlərdə Moskvadakı Konqres-mərkəzdə Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) illik hesabat yığıncağı keçirilib və tədbirdə qurumun 2010-2011-ci illər üzrə hesabatı dinlənilib.
Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu günlərdə Moskvadakı Konqres-mərkəzdə Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) illik hesabat yığıncağı keçirilib və tədbirdə qurumun 2010-2011-ci illər üzrə hesabatı dinlənilib. Məlumatı AzərTAc Dövlət informasiya Agentliyi yayıb.

Tədbirdə hesabat məruzəsi ilə akademiyanın prezidenti, akademik B.Qusev çıxış edib.

Hesabat məruzəsi ətrafında aparılan müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb və yekdilliklə akademik B.Qusev yenidən akademiyanın prezidenti, akademik Arif Paşayev isə BMA-nın vitse-prezidenti seçiliblər.

BMA-nın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə akademiyanın üzvlərinə mükafatlar verilib.

Akademik Arif Paşayev akademiyanın ən yüksək mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb. Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və Hüseynqulu Bağırov "Mühəndislik şöhrəti", Gülçöhrə Məmmədova isə "BMA-nın XX illik yubileyi" medallarına layiq görülüblər.

BMA-ya Azərbaycandan 6 yeni üzv - Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədova (həqiqi üzv), Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədov (müxbir üzv) seçiliblər.

Xəbər lenti

Xəbər lenti