...

Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışıblar

Siyasət Materials 29 Oktyabr 2011 21:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Bu barədəAzərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.
Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışıblar

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.

Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, dost və qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.

Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildirmiş, Azərbaycan Prezidentinin Türkiyəyə son səfərinin və səfər zamanı imzalanmış sənədlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulamış, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etmişlər.

Xəbər lenti

Xəbər lenti