...

İlham Əliyev Koreyanın SK şirkətlər qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 31 Oktyabr 2011 15:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Koreyanın SK şirkətlər qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupunun Azərbaycanda gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qonaq şirkətlər qrupunun Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq nəqliyyat sektorunda, o cümlədən avtomobil və dəmir yollarının salınmasında, metro tikintisində, eləcə də informasiya texnologiyaları və qeyri-neft sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı Koreyanın SK şirkətlər qrupunun Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin inşası ilə bağlı fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə SK şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti