...

Azərbaycan Prezidenti Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib

Siyasət Materials 2 Noyabr 2011 15:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul edib.
Azərbaycan Prezidenti Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğulayıb. Latın Amerikası ölkələrindən ilk dəfə Argentina Respublikasında Azərbaycan Respublikası səfirliyinin açıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrimiz bir-birlərinin imkanlarından istifadə etməlidir. Lino Baranaonun Argentina Respublikasından Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Nazir Lino Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə böyük iqtisadi inkişafın şahidi olduğunu deyib. Azərbaycanın strateji bir mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti