Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Milli Ordusunda 3 əsgərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar müdafiə naziri müvafiq əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend-ə bildirib ki, hər hansı hadisə baş verdikdə müdafiə nazirinin göstərişinə əsasən, dərhal araşdırma başlayır, araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görülür.
Abdullayev deyib ki, həmin əmrə əsasən, ali rütbəli vəzifəli şəxslərdən tutmuş kiçik rütbəli zabitlərə qədər 19 hərbi qulluqçu cəzalandırılıb. Onlardan 3-nə töhmət, 2-nə şiddətli töhmət verilib. 6 nəfərə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan edilib. 4 nəfərin rütbəsi bir pilə aşağı salınıb, daha 4 nəfər isə tutduğu vəzifədən azad edilib.
Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.