...

Moldova Ermənistana satılmış silahın qalan hissəsini göndərməyi planlaşdırır

Siyasət Materials 10 Noyabr 2011 19:06 (UTC +04:00)
Ardıcıl qalmaqallara baxmayaraq, Moldova rəhbərliyi Ermənistandakı sifarişçiyə hərbi sursat və silahların qalan hissəsini göndərməyi planlaşdırır.
Moldova Ermənistana satılmış silahın qalan hissəsini göndərməyi planlaşdırır

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Ardıcıl qalmaqallara baxmayaraq, Moldova rəhbərliyi Ermənistandakı sifarişçiyə hərbi sursat və silahların qalan hissəsini göndərməyi planlaşdırır. Trend-in "Moldnews"a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı milli təhlükəsizlik, müdafiə və ictimai asayiş üzrə parlament komisssiyasındakı dinləmələrin yekununda müdafiə naziri Vitali Marinutsa jurnalistlərə deyib.

O qeyd edib ki, parlamentin profil komissiyasının iclası zamanı deputatları "KİV-dəki məlumatlara" deyil, "faktlara və hüquqi sənədlərə" əsaslanmağa çağırıb. Bununla yanaşı, o, Moldova silahının satışı üzrə sövdələşmənin vaxtının ilin sonunadək başa çatacağına əminliyini ifadə edib. Belə ki, "bunu qadağan edən heç bir hüquqi sənəd yoxdur".

"Mən ümid edirəm ki, müqavilənin yerinə yetirilməsi ən yaxın müddətdə davam etdiriləcək. Bu müqavilədə şübhəli bəndlər yoxdur və mən fikirləşirəm ki, biz onu sona çatdırmalıyıq", - Vitali Marinutsa jurnalistlərə deyib.

Eyni zamanda, o, sazişdə həmin Latviya şirkətinin vasitəçi olub-olmaması barədə məlumat verməkdən imtina edib. Latviya hökuməti "Moldova tərəfini aldatdığına görə" şirkətdən lisenziyanı geri almağı düşünür. Şirkət Moldova Müdafiə Nazirliyini inandırırdı ki, "Latspetsexports" saziş üçün Latviya hökumətinin icazəsini alıb.

Kəskinləşən silah qalmaqalı Moldova siyası dairələrində səs-küyə səbəb olub. Burada ehtiyat edirlər ki, bu qalmaqal Azərbaycan ilə əməkdaşlıqda və GUAM strukturu çərçivəsində ölkələrin qarşılıqlı fəaliyyətində maneə ola bilər.

Ölkənin müdafiə naziri Vitali Marinutsa yerli parlamentdəki dinləmələr zamanı silah ticarəti faktını təsdiqləyib. Məlumat verilir ki, söhbət artilleriya və tank əleyhinə qurğulardan gedir. Bu silah bir müddət əvvəl Kişinyovdan Yerevana İl-76 yük təyyarəsinin iki reysi vasitəsilə çatdırılıb. Moldova hökuməti bəyan edib ki, hərbi texnikanın ticarəti haqqında xəbəri olmayıb, lakin hərbi funksionerlər məlumat veriblər ki, hökumətin təlimatı ilə hərəkət ediblər.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti