...

Macarıstan Prezidenti Bakıda Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertdə iştirak edib (FOTO)

Siyasət Materials 11 Noyabr 2011 23:25 (UTC +04:00)
Noyabrın 11-də Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “ÜNS yaradıcılıq səhnəsi” Teatrında görkəmli macar bəstəkarı Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdir.
Macarıstan Prezidenti Bakıda Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr / Trend /

Noyabrın 11-də Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində "ÜNS yaradıcılıq səhnəsi" Teatrında görkəmli macar bəstəkarı Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdir.

Ali qonağı "ÜNS yaradıcılıq səhnəsi" layihəsinin müəllifi və rəhbəri Nərgiz Paşayeva qarşılamışdır.

Əvvəlcə Azərbaycanın və Macarıstanın dövlət himnləri səslənmişdir.

Sonra Prezident Pal Şmitt ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə iqtisadi inkişaf naziri Şahin Mustafayevə Macarıstan Respublikasının komandor dərəcəli "Xidmətlərə görə" ordenini, Macarıstanın Azərbaycandakı fəxri konsulu Kamran Həsənova isə "Qızıl xaç" medalını təqdim etmişdir.

Daha sonra konsert proqramı başlamışdır. Bir neçə beynəlxalq musiqi müsabiqəsinin qalibi, gənc Azərbaycan pianoçusu Murad Hüseynov görkəmli bəstəkar Ferens Listin "La Campanella", "İspan rapsodisi", "Macar rapsodisi", "Sevgi yuxusu" və digər məşhur əsərlərini ifa etmişdir.

Konsert proqramında dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

XIX əsr Avropa romantik musiqisinin görkəmli nümayəndələrindən olan bəstəkar, pianoçu, pedaqoq, publisist Ferens List rapsodiya, simfonik poema kimi instrumental janrların əsasını qoymuşdur.

Konsert proqramından sonra "ÜNS yaradıcılıq səhnəsi" Teatrında Macarıstan Prezidenti Pal Şmittin şərəfinə qəbul təşkil edilmişdir.

Xəbər lenti

Xəbər lenti