Azərbaycan, Bakı, 13 noyabr / Trend müxbir M.Əliyev/
Sabah Bakıda Azərbaycan və Çexiya hərbiçiləri arasında məsləhətləşmələr başlayacaq. Bu barədə Trend-ə bazar günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən təşkil olunacaq tədbirdə təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Məsləhətləşmələr noyabr ayının 16-dək davam edəcək.