...

Azərbaycan və Rusiya Qəbələ RLS üzrə sazişin müddətini 2025-ci ilədək uzatmaq niyyətindədir

Siyasət Materials 17 Noyabr 2011 19:57 (UTC +04:00)
Rusiya və Azərbaycanın müdafiə nazirləri cümə axşamı Qəbələ RLS haqqında sazişin 2025-ci ilə qədər uzadılması üzrə birgə iş qaydasını müzakirə ediblər.
Azərbaycan və Rusiya Qəbələ RLS üzrə sazişin müddətini 2025-ci ilədək uzatmaq niyyətindədir

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Rusiya və Azərbaycanın müdafiə nazirləri cümə axşamı Qəbələ RLS haqqında sazişin 2025-ci ilə qədər uzadılması üzrə birgə iş qaydasını müzakirə ediblər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya müdafiə nazirinin mətbuat katibi, podpolkovnik İrina Kovalçuk deyib.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ilə onun azərbaycanlı həmkarı Səfər Əbiyev arasında ikitərəflı görüş Almatıda MDB Müdafiə Nazirləri Şurasının 61-ci iclasından sonra keçirilib.

"Görüşdə tərəflər işi aktivləşdirməyi razılaşdırıblar ki, qısa müddətdə bu məsələ üzrə Rusiya və Azərbaycanın Müdafiə nazirliklərinin razılıqlarını möhkəmləndirən sənəd imzalanması üçün razılaşdırılsın və hazırlansın", - Kovalçuk bildirib.

Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

Azərbaycan Müdafiə Nazirliyindən məsələ ilə bağlı şərh almaq hələlik mümkün olmayıb.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni icarə şərtləri əsasında davam etdirib. Saziş stansiyanın statusunu Azərbaycanın mülkiyyəti olmaqla və Rusiyaya 2012-ci ilədək 10 il müddətinə müqavilənin uzadılması şərtilə icarəyə verilən analitik-informasiya mərkəzi kimi statusunu müəyyənləşdirib. Onun icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.

Xəbər lenti

Xəbər lenti